Virtual aləm artıq uzun müddərdir ki, real dünya ilə aktiv əməkdaşlığa başlayıb. İnternetdə inkişaf, əyləncə və faydalı istirahət üçün çoxlu sayda maraqlı platformalar tapmaq mümkündür. Həmçinin bunun üçün əlavə trafik əldə edilməsi məsələsi də artıq tarixə qovuşub. Azercell-in internet paketləri bununla bağlı əlavə meqabaytlar və gigabaytlar təklif edir. Paketlər çərçivəsində əsas tarifə müvafiq internet həcmi, həm də 500MB-dan 60GB-a qədər trafik təqdim olunur.
Təhsillə bağlı müxtəlif kurslar
Yerli və beynəlxalq onlayn platformalar müxtəlif sahələr üzrə təlim kursları keçməyə şərait yaradır. Əgər smartfonunuz, internetiniz, zamanınız və inkişaf etmək istəyiniz varsa, o zaman aşağıdakı xidmətlərdən yararlana bilərsiniz:
-
Coursera – bu platforma proqramlaşdırmanın əsaslarından tutmuş qədim asteklərin tarixinə qədər hər bir məqamı detallı şəkildə öyrənə biləcəyiniz ingilisdilli mənbədir;
-
Networking Academy - əşyaların interneti, proqramlaşdırma və kibertəhlükəsizliyin əsaslarını öyrənməyə imkan yaradan Cisco Şəbəkə Akademiyasına məxsus kurslar toplusudur;
-
Lingualeo - xarici dilləri oyun formatında öyrənməyə imkan yaradan rahat interfeysə məxsus olan mobil tətbiqdir.
-
Resurslar bir neçə dildə mövcud olduğundan seçim əsasında sizə ən rahat olanını tapa bilərsiniz.
İnternetdə işləmək - faydalı vərdişlər və qazanc
Bu gün smartfon vasitəsilə də internetdə işləmək mümkündür. Rəqəmsal platformada əksər peşələr təcrübə və ya xüsusi bacarıq tələb etmir. Məsələn, SMM mütəxəssisi üçün yaradıcı və bilikli olmaq, ünsiyyət qurmaq bacarığının yüksək olması daha önəmlidir. Nəzəriyyəni bilmək o qədər də vacib olmaya bilər.
Dizaynerlər, mobil oyun tərtibatçıları, testerlər onlayn rejimdə işləyə bilərlər. Əlaqə mərkəzlərinin rəhbərləri və mühasiblər də onlayn iş rejimində çalışmağa üstünlük verirlər.
İnternetdə alqı-satqı
Bir çox ticarət platformaları onlayn rejimdə fəaliyyət göstərir. Bu gün bir çox Azərbaycan məhsulları da dünya bazarlarına çıxır. Məhz bu səbəbdən də dünyanın istənilən nöqtəsindən onlayn olaraq mal almaq mümkündür. İnternet vasitəsilə sifariş və çatdırılma xidmətləri mövcuddur. Bu yolla vaxtınıza həm qənaət edə, həm də biznes təkliflərdən rahatlıqla yararlana bilərsiniz. Resurslarınız və istəyiniz varsa, özünüz də ticarətə başlaya bilərsiniz.