20 yanvar 1990-cı il.   O gün Azərbaycan xalqının tarixində Qanlı Yanvar kimi qalacaq. Məhz həmin gün Azərbaycan adlı kiçik bir respublika öz milli azadlıq və müstəqilliyi uğrunda  böyük bir imperiya ilə mücadiləyə qalxdı və SSRİ ordusu tərəfindən öz qanına qəltan edildi. Azərbaycan şəhərlərinə daxil olan Sovet ordusu, tank  və digər ağır texnika ilə qarşısına çıxanı qırırdı. Ən böyük toqquşmalar paytaxt Bakıda baş vermişdi.   140-a yaxın yerli sakin və 30-a qədər əskər və zabit həlak olmuşdu. Qəlblərindəki Azadlıq Yanğısı ilə alışan  gənclər və yeniyetmələr  ən şirin nemət olan həyatlarından belə keçməyə hazır olduqlarını meydana qoydiular.  “Qanlı Yanvar” filmi həmin hadisəni bizə bir azərbaycanlı ailəsinin-Nərimanovların gözü ilə göstərir.  İki qardaş, KGB zabiti, kommunist Nəcəf  və sovet ordusunun keçmiş zabiti, indi demokrat –inqilabçı Mehdi, əks düşüncələrinə görə ölüm-dirim mübarizəsinə qalxıb.  Dramanın mərkəzində, onları boya-başa çatdıran  ANA - Xədicə xanın bir sipər kimi dayanır.  Hər iki qardaş Azərbaycanı çiçəklənən və firavan  görmək istəyir. Xədicə xanımın sözləri ilə desək “...sadəcə onların yolları və yoldaşları ayrıdır!”  Vətən, ana və ailə məhəbbətlərinin qarşılaşdırıldığı  film sonadək hər kəsin öz həqiqətini tanıyır. Amma bütün həqiqətlərdən ali bir həqiqət də var... Qanlı Yanvar hadisələrinin iştirakçısı olan rejissor Vahid Mustafa Yev filmdə real hadisələri canlandırmağa və qarşıda duran bir sıra suallara da cavab tapmağa çalışıb - Müstəqilliyin qiyməti, Anaların və Övladların məsuliyyəti necə hesablanır, ümumiyyətlə əlində silah olan bir kəs ədalətli ola bilərmi...